ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Zaqreb Qran Pri turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Zaqreb Qran Pri turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları 13-15 sentyabrda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək Qran Pri turnirində iştirak edəcək. 

Üç gün davam edəcək turnirdə 40 ölkədən 326 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və kişilər arasında 7 çəki dərəsində 10 idmançı ilə təmsil olunacaq.

Cüdoçular qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında çıxış edəcək.


Qadınlar


-52 kq.

Aydan Vəliyeva 


-63 kq. 

Aytac Qardaşxanlı


-Kişilər


-60 kq. 

Turan Bayramov 

Əhməd Yusifov 


-66 kq. 

Ruslan Paşayev 

Nazir Talıbov 


-73 kq. 

İbrahim Əliyev 

Nəriman Mirzəyev 


-81 kq. 

Zaməddin Poladov 


-90 kq. 

Vüqar Talıbov 


İdmançılarımıza uğurlar arzulayırıq!