ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdosu 50 il!

Azərbaycan cüdosu 50 il!

Azərbaycanda cüdonun təşəkkül tapmasının 50 illiyi ilə əlaqədar olaraq,  Azərbaycan Cüdo Federasiyası (ACF) yubiley loqosunu təqdim edir. 

Yubiley loqosu yapon dilində xarici sözlərin yazılması üçün istifadə edilən “katakana” metodu əsasında hazırlanıb və stilizə edilmiş “50” rəqəmini nümayiş etdirir.

Loqonun elementləri Azərbaycan dilində “CÜDO”, ingilis dilində isə “JUDO” sözlərini təşkil edən hərflərdən ibarətdir. “50” rəqəminin bu cür texnika ilə əks etdirilməsi cüdo idman növü üçün vacib olan çeviklik və uyğunlaşma prinsiplərini özündə ehtiva edir.

Azərbaycanda cüdonun 50 illiyi münasibətilə Azərbaycanın bütün cüdo ailəsini və cüdosevərləri təbrik edir, hər kəsi cüdo idman növü vasitəsilə özünün “kamillik yolu”nu keçməyə dəvət edirik!