Azərbaycan cüdosuna itki baş verib
Yanvarın 12-i Bakı şəhəri 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo üzrə baş məşqçisi Rüfət Süleymanov vəfat edib.
O, 25 sentyabr 1983-cü ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2004-2012-ci illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo məşqçisi kimi fəaliyyət göstərib. Onun tələbələri Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar.
Azərbaycan Cüdo Federasiyası olaraq, bütün cüdo ailəsi adından Rüfət Süleymanovun vəfatından kədərləndiyimizi bildirir, onun yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!