Azərbaycan cüdosunda Olimpiya zirvəsinə yol açan çempion
Bugün Olimpiya çempionumuz Nazim Hüseynovun ad günüdür! Eyni zamanda, 2 avqust tarixi Nazim Hüseynovun 1992-ci ildə Barselona da keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması tarixinə təsadüf edir. Belə ki, 30 il əvvəl N.Hüseynov müstəqil Azərbaycanın dövlət bayrağını ilk dəfə bu qələbə şərəfinə qaldıraraq, ilk azərbaycanlı Olimpiya çempionu adını qazanıb. O, həmçinin 1992-ci və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmaqla yanaşı, iki dəfə Dünya Çempionatının mükafatçısı olub.
Onun Azərbaycan cüdo tarixində qoyduğu iz yüzlərlə gənci bu idman növünə həvəsləndirdi. Bu idmançılar indi də bayrağımızı beynəlxalq arenalarda yüksəklərdə dalğalandırmağa davam edirlər.
Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ailəsi adından Nazim Hüseynovu təbrik edirik, möhkəm cansağlığı və xoş günlər arzu edirik.