ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan ikinci dəfə Avropa Kubokuna ev sahibliyi edir ‌4-5 mayda Göygöldə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək

Azərbaycan ikinci dəfə Avropa Kubokuna ev sahibliyi edir ‌4-5 mayda Göygöldə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək

Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq və fərdi neytral idmançılar olmaqla 400-ə yaxın cüdoçu qatılacaq.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində 147 cüdoçu (102 oğlan və 45 qız) ilə təmsil olunacaq.

Arenaya giriş sərbəstdir.

Sizi mayın 4-5-i Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək Avropa Kuboku turnirinə gözləyirik! Bizə qoşulun və idmançılarımıza dəstək olun!