Azərbaycan komandası Böyük Dəbilqə turnirini birinci yerdə tamamladı
Bakıda keçirilən Böyük Dəbilqə turnirinə yekun vurulub. 4-6 noyabrda keçirilən yarışda Azərbaycan 37 cüdoçu ilə təmsil olunub.
Yarışın sonuncu günündə -100 kq. çəkidə mübarizə aparan idmançımız Zelim Kotsoyev həll edici görüşdə Serbiya təmsilçisi Aleksandar Kokolu məğlub edərək qızıl medala sahib olub.
Xatırladaq ki, turnirin ilk günündə -60 kq. çəkidə Balabəy Ağayev qızıl medal, Kəramət Hüseynov bürünc medal, -66 kq. çəkidə isə Orxan Səfərov bürünc medal qazanıb. Yarışın ikinci günündə isə -73 kq. çəkidə Hidayət Hetdərov və -81 kq. çəkidə Səid Mollayi qızıl medal qazanıb.
Cüdoçularımız 4 qızıl və 2 bürünc medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında medal sıralamasına görə 61 ölkə arasında birinci olub.
İdmançılarımızı təbrik edirik!