“Azərbaycan komandası bütün çəki dərəcələrində daim yeni istedadlar yetişdirir”
Avropa Cüdo Birliyinin saytında 7-12 may tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında debüt edəcək idmançılar haqqında məqalə dərc olunub.
Məqalədə Tbilisi Böyük Dəbilqə yarışında qalib gələn idmançımız Turan Bayramovdan (-60 kq.) bəhs edilib. Müəllifin sözlərinə görə idmançının son zamanlar göstərdiyi performansa baxmayaraq, Bayramov hazırda öz çəki dərəcəsində ölkəsində lider deyil. Belə ki, o, hazırda -60 kq çəki dərəcəsində dünya ikincisi Balabəy Ağayevdən geri qalır.
Lakin Bayramovun son uğurları ümumi reytinqdə Ağayevlə fərqi azaltmağa imkan verir, bu da onu deməyə əsas verir ki, Bayramovnan Ağayevin arasında olan uçurum getdikcə azalır.
Bayramov hazırda dünya çempionatlarında yüksək reytinqli idmançılar sırasında olmasa da, yenə də güclü rəqib hesab olunur: “Azərbaycan komandası bütün çəki dərəcələrində daim yeni istedadlar yetiştirir. Ümumiyyətlə, Bayramovun son uğurları onu deməyə əsas verir ki, o, rəqabətli cüdo dünyasında yüksələn ulduz ola bilər.”