Azərbaycan üçün qızıl kimi gün
“Euronews” xəbər kanalı Bakıda keçirilən Böyük Dəbilqə turniri haqqında süjet hazırlayıb. Süjetdə Böyük Dəbilqə turnirinin qızıl medalçısı Hidayət Heydərovun qələbəsi və göstərdiyi performanslar belə şərh olunub: “Turnirə ev sahibliyi edən Azərbaycan təmsilçisi 25 yaşlı Hidayət Heydərov gün ərzində möhtəşəm texnika və fenomenal rəngarənglik nümayiş etdirdi. O, finala doğru inamla irəlləyirdi. Həmin final anı görünürdü ki, bütün Azərbaycan yerli qəhrəmanı dəstəkləyir və Heydərov öz azərkeşlərini məyus etmədi. Belə ki, Azərbaycanın medal aktivinə ikinci qızıl medal əlavə olundu”. Heydərov müsahibəsində bildirib ki, o ikinci dəfədir ki, Bakı Böyük Dəbilqə turnirində qızıl medal qazanıb: “Doğma trubunalardan gələn azərkeşlərin səsləri altında zəfər qazananda keçirdiyim hissləri təsvir edə bilmirəm”.
Süjetdə Olimpiya Oyunlarının gümüş mükafatçısı Səid Mollayinin ölkəyə üçüncü qızıl qazandırmasıda yer alıb.