ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Xorvatiyada keçirilən cüdo üzrə Avropa Kubokunda “Top-1”dədir

Azərbaycan Xorvatiyada keçirilən cüdo üzrə Avropa Kubokunda “Top-1”dədir
Azərbaycan Xorvatiyada keçirilən cüdo üzrə Avropa Kubokunda “Top-1”dədir
Azərbaycan Xorvatiyada keçirilən cüdo üzrə Avropa Kubokunda “Top-1”dədir

Dünyanın 25 ölkəsindən 257 idmançının qatıldığı, Xorvatiyanı Dubrovnik şəhərində keçirilən Avropa Kubokuna yekun vuruldu. İki gün davam edən turnirdə böyüklərdən ibarət Azərbaycanın milli yığma komandası 10 idmançı ilə təmsil olunaraq turniri 4 qızıl və 1 bürünc medalla başa vurdular.

Nəticələrə görə, komandamız turniri kişilər arasında və ümumi komanda hesabında birinci yerdə tamamlayıb.

Turnirin ilk günü -66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. 

-73 kq. çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev italiyalı rəqibi Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub.

-60 kq. çəki dərəcəsində yarışan idmançımız Nazir Talıbov isə niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb.

Yarışın ikinci günü -81 kq. çəki dərəcəsində yarışan idmançımız Zelim Tckayev final görüşündə italiyalı rəqibi Tiziyano Falkoneni məğlub edərək qızıl medal qazanıb.

+100 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız ?? İmran Yusifov isə final görüşündə Xorvatiya təmsilçisi Marsel Skalec üzərində qələbə qazanaraq qızıl medal əldə edib.