ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan yeniyetmələr arasında Avropa çempionatında ümumi medal sayına görə birinci oldu

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

Qitə birinciliyinin üçüncü yarış günündə daha 3 cüdoçumuz fəxri kürsüdə yer alıb. Ömər Axundov (-90 kq) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. -81 kq çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.

Daha əvvəl Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) və Sadiq Məmmədov (-73 kq) gümüş, İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) və İlkin Qarayev (-66 kq) isə bürünc medal qazanıblar.

Yekunda komandamız 2 qızıl, 3 gümüş və 5 bürünclə 43 ölkə arasında mükafatların əyarına görə ikinci, ümumi medal sayına görə isə birinci olub. 

Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.