ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycanda cüdo idman növü üzrə Böyük Dəbilqə turniri keçiriləcək

Azərbaycanda cüdo idman növü üzrə Böyük Dəbilqə turniri keçiriləcək

Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan növbəti dəfə cüdo idman növü üzrə Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək. Noyabrın 4-6-sı baş tutacaq turnir Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. 

İlkin görüşlər hər gün Bakı vaxtı ilə saat 10:00-da, final görüşləri isə saat 17:00-da keçiriləcək. 

Qeyd edək ki, arenaya giriş sərbəstdir və yarış keçirilən zaman “Nizami” metrostansiyasından azarkeşlər üçün pulsuz avtobuslar fəaliyyət göstərəcək.

Turnirin həm ilkin görüşləri, həm də final görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı olaraq yayımlanacaq.  

Hər kəsi Heydər Əliyev adına İdman Sarayında Böyük Dəbilqə turnirində cüdoçularımızı dəstəkləməyə dəvət edirik!