Azərbaycanda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı təşkil olunub
30 may 2022-ci il tarixində Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında 40-dan çox xarici idmançıların iştirakı ilə təlim-məşq toplanışı başlayıb. 10 iyuna qədər davam edəcək təlim-məşq toplanışında Xorvatiyadan, Çexiyadan, Finlandiyadan, Niderlanddan, Slovakiyadan, Ukraynadan və Porto Rikodan yüksək səviyyəli idmançılar qatılıblar.
Onların içində 2022-ci ilin Avropa çempionları Boqdan Yadov (-66 kq.), Maykl Korrel (-100 kq.), Jur Spijkers (+100 kq.) və Panamerika 2021-ci il çempionatının qalibi Adrian Qandia da iştirak edirlər.
Bu növ təlim-məşq toplanışlarının təşkil edilməsində Azərbaycan Cüdo Federasiyası ilk növbədə idmançılarımızın peşəkar bacarıqlarını artırılması, rəqabət səviyyələrinin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların qarşıdan gələn iri miqyaslı beynəlxalq yarışlara hazırlanmasına dəstək göstərməkdir.