Azərbaycanda ilk dəfə cüdo üzrə Ne-vaza ACF Kuboku keçiriləcək
İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Ne-vaza ACF Kuboku keçiriləcək. Ne-waza bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.
Turnirə 21 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 100-dən çox cüdoçu qatılacaq. Şağan Olimpiya İdman Kompleskdində baş tutacaq yarışda oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İdmançılara uğurlar arzulayırıq!