ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı

15 iyulda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti və məşqçilər üçün seminar təşkil olunub. Təlim zamanı ilk dəfə yeniyetmə cüdoçular arasında keçiriləcək Ne-waza üzrə ACF Kubokunun qaydaları haqqında məlumat verilib və yarışın keçirilmə üsulları geniş şəkildə izah edilib.

Seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən aparılıb. Təlimdə, cüdoçulara hansı hallarda cərimə və ya xəbərdarlıqların verilməli olduğu ətraflı müzakirə olunub və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Bununla yanaşı, aparıcı hakimlərin iştirakı ilə yarışların daha dəqiq və səmərəli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər nəzərdən keçirilib.

Qeyd edək ki, yeniyetmələr arasında cüdo üzrə Ne-waza ACF Kuboku ilk dəfə olaraq 20 iyulda keçiriləcək. Bu yarış, gənc cüdoçuların cüdo fəndlərinin təkmilləşdirmək üçün əhəmiyyət kəsb edir.