ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycanın böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurdu

Azərbaycanın böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurdu

Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirinin son günündə -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib oldu.

İki günün nəticəsinə görə millimiz Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb.

32 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi birinci yerdə qərarlaşdı.

Xatırladaq ki, turnirin ilk gününündə Nazir Talıbov (-60 kq) və Telman Vəliyev (-73 kq) qızıl, Rəşad Yelkiyev (-60 kq), Ruslan Paşayev (-66 kq) və Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanıblar.

İdmançılarımızı və milli komandanın bütün heyət üzvlərini təbrik edirik!