Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub
Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Yığmamız qarışıq komanda yarışının finalında Özbəkistan kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mübarizəyə 1/4 finaldan başlayan seçməmiz Səudiyyə Ərəbistanı cüdoçularını üstələyib - 4:0. Millimiz yarımfinalda isə Qazaxıstandan 4:1 hesabı ilə güclü olub.
Qeyd edək ki, qarışıq komanda yarışında ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli, Uşanqi Kokauri, Zelim Kotsoyev, Aydan Vəliyeva və Südabə Ağayeva təmsil edib.