ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal qazandı

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal qazandı
Azərbaycan idmançıları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.

6-9 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.

Fərdi yarışların sonuncu günündə M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüsal Kərimov və -100 kq. çəkidə Elçin Məmmədov bürünc medal qazanıb. -90 kq. çəkidə Oqtay Paşayev 7-ci yerə çıxıb.

İdmançılarımızı təbrik edirik!