ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatının ikinci günündə 6 medal əldə etdi

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatının ikinci günündə 6 medal əldə etdi

7 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatında cüdoçularımız 2 qızıl və 4 bürünc medal qazanıb.

Yarışın ikinci günündə M3 və M4 yaş kateqoriyaları üzrə 14 cüdoçumuz tatamiyə çıxıb.

M3 yaş kateqoriyası üzrə

-66 kq. çəkidə
Vüqar Babayev qızıl medal əldə edib,

-60 kq. çəkidə
Mənsur Abbasov,

-81 kq. çəkidə
Azər Fətullayev və

-100 kq. çəkidə
Nizami Məmmədov bürünc medal qazanıblar.

-100 kq. çəkidə Fomin Valeriy 5-ci, Ramil Muradov isə 7-ci yerə çıxıb.

M4 yaş kateqoriyası üzrə

-100 kq. çəkidə
Emil Hüseynov qızıl,

-73 kq. çəkidə
Əli Əlibəyli isə bürünc mükafat qazanıb.

-60 kq. çəkidə
Babək Hacıyev,

-66 kq. çəkidə
Rəfael Mehdiyev,

-81 kq. çəkidə
Rauf Fərzəliyev və

-90 kq. çəkidə
Mahir Ağamirzəyev yarışı 5-ci yerdə tamamlayıblar.

İdmançıları təbrik edirik!