ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 11 medal qazandı

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 11 medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində 31 oktyabr – 3 noyabr tarixlərində keçirilən usta cüdoçular arasında dünya çempionatında idmançılarımız 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edib. Veteranlarımız çempionatı ümumi hesabda 6-cı, kişilər arasında isə 5-ci yerdə başa vurub.

Yarışın dördüncü günündə M2 və F5 yaş kateqoriyaları üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Cüdoçularımız yarışın sonuncu günündə 1 qızıl və 1 bürünc medala sahib olub.

M2 yaş kateqoriyası -66 kq. çəkidə Nadir Babayev qızıl medal, Vüqar Babayev isə bürünc medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Xəyal Zalıyev 7-ci yerlə kifayətlənib. -60 kq. çəkidə Əfqan Abdullayev yarışı 5-ci yerdə tamamlayıb.

F5 yaş kateqoriyası üzrə isə -70 kq. çəkidə Zülfiyyə Hüseynova 5-ci yerdə qərarlaşıb.


İdmançılarımızı təbrik edirik!