ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycanın veteran cüdoçuları dünya çempionatının üçüncü günündə 2 qızıl medal qazandı

Azərbaycanın veteran cüdoçuları dünya çempionatının üçüncü günündə 2 qızıl medal qazandı
Azərbaycanın veteran cüdoçuları dünya çempionatının üçüncü günündə 2 qızıl medal qazandı

2 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən veteranlar arasında dünya çempionatının cüdoçularımız 2 qızıl medal qazanıb.

Yarışın üçüncü günündə M4 və M5 yaş kateqoriyaları üzrə 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

M4 yaş kateqoriyası üzrə -60 kq. çəkidə Babək Hacıyev və -100 kq. çəkidə Mövlud Mirəliyev bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. -81 kq. çəkidə Novruz Aslanov yarışı 7-ci yerdə tamamlayıb.

M5 yaş kateqoriyası üzrə isə -90 kq. çəkidə Mübariz Cəfərov və +100 kq. çəkidə Rövşən Muxtarov 5-ci yerdə qərarlaşıblar.


İdmançılarımızı təbrik edirik!