ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azəzbaycan cüdoçuları zirvədə!

Azəzbaycan cüdoçuları zirvədə!
Azəzbaycan cüdoçuları zirvədə!

Fevralın 17-də Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirində cüdoçularımız 2 qızıl və 1 gümüş medal əldə edib. 

-73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Hidayət Heydərov finalda Tacikistan təmsilçisi Abubakr Şerova qalib gələrək qızıl medala sahib olub.

-81 kq. çəkidə cüdoçularımız Zelim Tçkayev və Ömər Rəcəbli bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Görüşün nəticəsində Zelim Tçkayev qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları iki günün nəticəsinə əsasən medal əyarına görə ilk sırada yer alır. 

İdmançılarımızı təbrik edirik!