ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir

Sentyabrın 25-i Heydər Əliyev Bakı Böyük Dəbilqə turniri başa çatdıqdan sonra, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Sentyabrın 29-na qədər davam edəcək hazırlıq prosesində 100-dən çox idmançı iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistandan və digər ölkələrin cüdoçuları da qatılıb.

Təlim-məşq toplanışı 4-8 oktyabrda Portuqaliyada keçiriləcək gənclər arası Dünya çempionatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, bu təlim-məşq toplanışı böyüklərdən ibarət milli yığma komandanın  noyabrın 3-5-i Fransada  keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.