ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Bakıda Dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

Bakıda Dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

21–24 may tarixlərində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.

Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir.

Əsas məqsəd Dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.

 

Qeydiyyat üçün son tarix: 14 may

Məkan: Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzi (ACF-in inzibati binası)

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 128

 

İmtahan ödənişlidir. Ətraflı məlumat üçün: 099-802-07-00