Bakıda tədrisin önəmli məqamları davam edir
Dünya Cüdo Turu seriyasının bütün yarışlarında olduğu kimi, indi Bakı Böyük Dəbilqə Turniri ərəfəsində də hakimlərin toplantısını keçirirlər.
BCF-in baş hakimi Daniel Florin Laskau Azərbaycan Milli Təlim Mərkəzində Bakı toplantısına gəlmiş hakimləri və qonaqları salamlayaraq deyib: “Biz ev sahibi federasiyanın səyləri sayəsində bu heyrətamiz cüdo tədbirində olmaqda şanslıyıq. Keçən həftə burada BCF Akademiyası kursunu keçirməyimizdən məmnunuq. Azərbaycan keçmiş idmançıları məşqçilik və hakimlik yolu ilə fəaliyyətə cəlb edərək gözəl addımlar atır. Onlar həm performans, həm tədris, həm də hakimlik baxımından irəliyə gedirlər.
Nəzarətçilərimiz və baş hakimlərimiz qərarların qəbulunun keyfiyyətini və ümumi hakimlik prosesinin keyfiyyətini təmin etmək üçün buradadırlar. Bakıda keçirilən bu hakim toplantısı bu prosesin vacib hissəsidir və hamımızın eyni dərəcədə hazırlıqlı olmağımıza kömək edir”.
Azərbaycan Cüdo Federasiyasının Baş katibi Rəşad Rəsullu deyib: “Sizi milli təlim mərkəzimizdə salamlamaqdan böyük məmnunluq duyuruq. Seminarın burada keçirilməsindən olduqca məmnunuq. Federasiya olaraq biz hakimliyə çox diqqət yetiririk və bu işdə BCF-in hakimlər korpusu bizə kömək edir. Bütün hakimlərə uğurlar arzulayırıq, çünki onlar cüdonun qaydalarını və ədalətli yarışma prinsiplərini qorumaqla yanaşı, həm də olimpiya seçimindən uğurla keçməyə çalışırlar”.
Daha sonra cənab Laskau günortadan sonrakı tədrisin məzmununun çatdırılmasına rəhbərlik etdi. Qeydə alınmış çoxsaylı situasiyaları əks etdirən nümunələr göstərildi ki, xalların verildiyi və ya verilmədiyi vəziyyətlər arasında çox zaman olduqca nazik sərhəd var.
Toplantı ərzində bütün proses boyu tatami üzərində məşğələlər, videolara baxışlar və birgə müzakirələr keçirildi və belə bir fəlsəfə möhkəmləndirilmiş oldu ki, həmişə və həm də ən yaxın situasiyalarda düzgün qərar qəbul etmək və bu qərar üçün sübuta malik olmaq vacibdir.