ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Bakıda uşaqlar və gənclər üçün cüdo üzrə ustad dərsi keçirildi

24 avqustda paytaxt Bakıda Qış parkında cüdo üzrə ustad dərsi təşkil olunub. Tədbirin açılışında Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman İdarəsinin cüdo üzrə kuratoru Cəlil Əlizadə çıxış edərək bildirib ki, Azərbaycanda cüdonun geniş yayılması gənclərin fiziki və mənəvi inkişafına dəstək olmaq ACF-in prioritet məqsədləri sırasındadır. Cüdo, dərin mənəvi dəyərləri ilə fərqlənən bir idman növüdür və burada uşaqların mükəmməl intizam qazanması əsas amillərdən biri hesab olunur.

Daha sonra ustad dərsi çərçivəsində kata üzrə milli yığma komandanın üzvü Rafiq Nəcəfov, tanınmış cüdoçularımız, gənclər arasında dünya və Avropa mükafatçıları İbrahim Əliyev və Nəriman Mirəzyev müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət ediblər və cüdo ilə məşğul olmağa dəvət ediblər. Onlar iştirakçılara cüdonun fəlsəfəsi, mahiyyəti və kəmər bağlamaq qaydaları haqqında  geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən Bakı sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub. 

ACF tədbirin təşkilində göstərilən dəstəyə görə Bakı şəhər İcra Hakimiyyətinə və Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirir.