Bakıda yeniyetmə qızların təlim-məşq toplanışı başlayıb
Avqust ayının 8-dən etibarən yeniyetmə qızlardan ibarət millimiz təlim-məşq toplanışına başlayıb. 20 avqusta qədər davam edəcək hazırlıq prosesində məşqçilər Elnur İsmayılov və Vüqar Hüseynovun rəhbərliyi ilə milli yığma komandanın 16 üzvü iştirak edir.
Təlim-məşq toplanışında sonuncu U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin mükafatçıları arasından seçilmiş idmançılar da iştirak edirlər. Onlar yeniyetmə qızlardan ibarət milli yığmalarımıza gələcək yarışlara hazırlaşmağa kömək etməklə yanaşı, öz ustalıq səviyyələrini də artırırlar.
Təlim-məşq prosesi 24-28 avqust tarixlərində Sarayevoda təşkil olunacaq yeniyetmələr arasında Dünya çempionatına hazırlıq məqsədi daşıyır.