Balabəy Ağayev Avropa çempionatının ilk günündə gümüş medal qazandı
25 apreldə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında cüdoçularımız 1 gümüş medal qazanıb.
Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçumuz Balabəy Ağayev final görüşündə ispaniyalı idmançı Fransisko Qarriqos ilə güclərini sınayıb. Nəticədə Balabəy gümüş medal əldə edib.
Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Turan Bayramov 5-ci yerə çıxıb.
Qadınlar arasında -52 kq. çəkidə Aydan Vəliyeva yarışı 5-ci yerdə tamamlayıb.
Qeyd edək ki, -60 kq. çəkidə təltifetmə mərasimində medalları və mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim edib.