Balabəy Ağayev Böyük Dəbilqə çempionu oldu, Nizami İmranov bürünc medala yiyələndi
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə iki medal qazanıblar.
Balabəy Ağayev (-60 kq) finalda son dünya çempionu Ryucu Naqayamanı (Yaponiya) məğlub edərək qızıl medala sahib çıxıb.
Nizami İmranov (-66 kq) isə üçüncü yer uğrunda görüşdə yerli idmançı Yolk Kazırbyekə qalib gələrək karyerasında ilk dəfə analoji yarışda mükafat əldə edib.
Qeyd edək ki, Azərbaycan iyunun 21-dək davam edəcək turnirdə 17 idmançı ilə təmsil olunur.