ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Balabəy Ağayev Düşənbə Böyük Dəbilqə turnirində çempion oldu

Cüdoçumuz Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

-60 kq çəki dərəcəsində çıxış edən milli komandamızın üzvü finalda yerli idmançı Mehrzod Sufiyevə ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Balabəy Ağayevin Böyük Dəbilqə turnirlərində 4-cü çempionluğu olub.

-66 kq çəkidə mübarizə aparan Yaşar Nəcəfov isə yarışı 5-ci pillədə tamamlayıb. 

Qeyd edək ki, Azərbaycan Düşənbə Böyük Dəbilqə turnirində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunur. Yarışa mayın 4-də yekun vurulacaq.