BCF Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci sertifikat proqramı çərçivəsində simvolik ağacəkmə mərasimi keçirilib
Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci sertifikat proqramı çərçivəsində simvolik ağacəkmə mərasimi keçirilib.
BCF Akademiyası və Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi, eləcə də iştirakçılar proqramın davamlılığını və uzunömürlülüyünü simvolizə edən ağac əkiblər. Təşəbbüs proqramın yubiley buraxılışına həsr olunub.