BCF Azərbaycan cüdoçularının Teplisdəki möhtəşəm performansına diqqət çəkdi
Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi səfhəsində son dərc olunan məqalədə bildirilib ki, Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycan güclü komanda ilə təmsil olunub: “Azərbaycan komandası yarışda mümkün 16 qızıl medalın 6-nı qazanaraq möhtəşəm nəticə əldə edib. Həmçinin, -66 kq. çəki dərəcəsində yarışan cüdoçu Abil Yusubov Dünya Reytinq Siyahısında öz liderlik mövqeyini bir daha təsdiq edib”.
Məqalədə bildirib ki, Avropa Kubokunda 40-a yaxın ölkədən 1000-ə yaxın idmançı təmsil olunub. Onların sırasında Kanada və Avstraliya kimi uzaq ölkələrdən də idmançılar çıxış edib.
Turnirdən sonra keçirilən təlim-məşq toplanışına diqqət yetirən müəllif, 30-a yaxın nümayəndə heyətinin arasında Azərbaycanın komandasının iştirakını bir daha vurğulayıb.