ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

BCF-in rəsmi saytında Yaşar Nəcəfovun möhtəşəm qələbəsi baş xəbərdə yer aldı

BCF-in rəsmi saytında Yaşar Nəcəfovun möhtəşəm qələbəsi baş xəbərdə yer aldı

Beynəlxalq Cüdo Federasiyasının rəsmi səhifəsində Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirinin birinci günündə idmançımız Yaşar Nəcəfovun möhtəşəm qələbəsi baş xəbərdə yer aldı. 

Məqalənin Azərbaycan dilinə tərcüməsini sizlərə təqdim edirik:

O, demək olar ki, sona qədər buna inanırdı. Püşkdə səpələnmişlər arasında birinci olan moldovalı idmançı Denis Vieru Bakıya gələndə bilirdi ki, turnirin reytinq cədvəlində birinci yerdə olmasına baxmayaraq, rəqabət çətin olacaq və bu belə də oldu. Lakin hər şey yalnız yarımfinala qədər plana uyğun getdi, burada isə onu bütün tamaşaçı kütləsinin ümidlərini çiynində daşıyan Yaşar Nəcəfov gözləyirdi. Yerli cüdoçu  Vieru qarşısında çəkinmədi və yarışın əvvəlində favoritlərdən biri olmasa da, finala vəsiqə qazana bildi.

2023-cü ildə Dohada keçirilmiş Dünya çempionatının bürünc mükafatçısı, fransalı Valid Xyar döyüşmək, yeni həll yolları tapmaq və əlbəttə ki, yaxşı çıxış etmək üçün Bakıya gəlmişdi. Yapon cüdoçusu, yeniyetmələr arasında 2019-cu il Dünya çempionatının gümüş mükafatçısı və böyüklər arasında heç bir dünya reytinqində olmayan Takeşi Takeoka Xyarın bütün planlarını alt-üst etdi,  belə ki, o, nəinki üç dəfə cəzalandırıldı, həm də əla “ko-uçi-qari” fəndindən sonra “vaza-ari” ilə üzləşdi. Yapon idmançılarla həmişə ehtiyatlı olmaq lazımdır.

Buna görə də finalda Yaşar Nəcəfovla qarşılaşan məhz Takeşi Takeoka idi. Bu elə bir qarşılaşma idi ki, onun barəsində çox şey danışmaq istərdik, amma o əslində o qədər qısa oldu ki, ancaq onu deyə bilərik ki, "hacime" komandasının verilməsindən bir neçə saniyə sonra Yaşar Nəcəfovu möhtəşəm uçi-mataya görə təbrik etmək olar. Takeshi Takeoka sadəcə olaraq havada uçdu və  arxası üstə yerə endirildi. Qızıl medal Yaşar Nəcəfovun və Azərbaycanın payına düşdü. 

Parlaq qələbə!