ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

BCF: “Qızlara ağ yaraşır” kampaniyasında iştirak edən qızlar Bakı səhnəsində parladı

Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirinin sonuncu günündə “Qızlara ağ yaraşır” kampaniyasında iştirak edən qızlar turnirə qatılıblar. Beynəlxalq Cüdo Federasiyasının (BCF) media  və kommunikasiya direktoru Nikolas Messner və Uşaqlar komissiyasının üzvü Leandra Freitas onlar üçün Milli Gimnastika Arenasında texniki tur təşkil etdi.

Qızların arenaya gəlməsi ilə bağlı Nikolas Messner yazır: “Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirinin sonuncu günündə final bloku öncəsi fasilə zamanı arenanın keçidlərində "Ooo! Aaa! Vaooo!" sədaları eşildi! Qırx yeniyetmə qızdan ibarət qrup  pərdə arxasında gözləyirdi.

Bu yeniyetmə qızlar təsadüfən seçilməmişdilər. Onlar Azərbaycan Cüdo Federasiyasının başlatdığı “Qızlara ağ yaraşır” adlı proqramın bir hissəsi idilər. “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə birgə qızları idmana həvəsləndirmək və onların inkişafına təkan vermək məqsədi daşıyan bu layihəyə bu il start verib.

“Qızlara ağ yaraşır” adlı sosial kampaniya Azərbaycanda yeniyetmə qızlara xüsusi diqqət yetirməklə idmanı, döyüş bacarıqlarını və cəmiyyətdə özünəinamı təbliğ etmək məqsədi daşıyır.

İdeya qızları fiziki və əqli sağlamlıqlarına prioritet verməyə, gələcəyə doğru inamla irəliləməyə, cüdo ilə məşğul olmağa və ölkəni beynəlxalq idman arenalarında təmsil etməyə təşviq etməkdən ibarətdir. Bu sosial layihə həm milli, həm də qlobal miqyasda aktual olan erkən nikah problemini də əhatə edir.

Milli komandanın üzvlərinin müşayiəti ilə qızlar https://judotv.com/ saytındakı görüntüləri səsləndirən Nil Adams və Şeldon Franko Ruks ilə, eləcə də BCF-in hakimlər üzrə direktoru Florin Daniel Laskau və başqaları ilə görüşdü. “Ooo" və "aaa” sədaları saxta deyildi. Onu səsləndirənlər yarışmanın maddi-texniki və insani aspektindən ilhamlanmışdılar, onlar hər şeyin mümkün olduğunu və dünyada bütün qızların bərabər şanslara malik olduğu parlaq gələcək arzulamalı olduğunu sübuta etdilər.”.