Bəhriyyə Hüseynova Malaqa Avropa Kubokunda yarışları idarə edib
Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova 20-21 mayda İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb. Bəhriyyə Hüseynova yarışda qızlar arasında -57 kq. və -63 kq. çəkilərdə bürünc medal uğrunda görüşləri idarə edib.