Beyləqanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Oktyabrın 17-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
İmtahanda Aran-Mil-Muğan bölgəsindən 132 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.