Beyləqanda məşqçilər üçün seminar keçirildi
4 oktyabrda Beyləqan Olimpiya İdman Kompleksində Aran-Mil-Muğan bölgəsindən olan məşqçilər üçün seminar təşkil olunub.
Seminar beynəlxalq dərəcəli “B” kateqoriyalı hakimlər Arzu Acalova və Akif Tahirov tərəfindən keçirilib. Seminarda xüsusi olaraq cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.