Beynəlxalq Cüdo Federasiyası: “2-ci günün yekununda ev sahibi Azərbaycan liderdir!”
Beynəlxalq Cüdo Federasiyası Bakı Böyük Dəbilqə turnirinin ikinci günü haqqında yazır: "Azarkeşlər üçün günün ən sevimli hekayəsi Hidayət Heydərovun kişilər arasında -73 kq çəki kateqoriyasında apardığı mübarizə oldu. Azərbaycanlı üçqat dünya mükafatçısı 2022-ci ildən üçü arxa-arxaya olmaqla, Böyük Dəbilqə yarışlarında dördüncü qızıl medalını vətənində qazandı. Əgər bir nömrəli kürsü sıralaması və dünya reytinqi kifayət qədər göstərici deyildisə, bu gün nümayiş edilən performans onu, şübhəsiz ki, bu ilin sonunda Paris 2024 Olimpiya Oyunları tituluna əsas namizəd edir.
Turnir zamanı tatamidən uzaqda arenanın ətrafında da bir çox fəaliyyətlər həyata keçirildi. Məsələn, tamaşaçı uşaqlar üçün maskotlar çıxış edib onları əyləndirdi. Onlardan biri “Söz verirəm” kampaniyasına qoşularaq idmançıları isinmə otaqlarında vədlər imzalarkən güldürdü. Bu vədlər Azərbaycan Cüdo Federasiyasının bullinqə qarşı mübarizə strategiyasının kiçik bir hissəsini təşkil edir. Bu təşəbbüsə bu günün iştirakçılarından bir çox medalçılar, eləcə də -63 kq çəki dərəcəsinin yeni çempionu Piovesana da qoşuldu.".