Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında məşqçilərin təlimi davam edir
26-27 dekabrda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Kata Komissiyasının üzvü Slavisa Bradiçin iştirakı ilə BCF-nın Akademiyasında məşqçilər iki gün boyunca "Nage-No-Kata" üzrə imtahan hazırlığını yerinə yeririblər.
Kurs iştirakçıları 2 gün ərzində bütün zəruri kata fəndlərini tam aydın və fasiləsiz şəkildə icra ediblər.
Xatırladaq ki, praktiki imtahana hazırlıq məqsədi daşıyan məşğələlər bu il ərzində 3 dəfə təşkil olunub. BCF-nın Akademiyasında təhsil alan 78 nəfər məşqçinin yekun imtahanı 2023-cü ilin fevral ayında keçiriləcək.