ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında məşqçilərin təlimi davam edir

Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında məşqçilərin təlimi davam edir

23 dekabrda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə məşqçilərin praktiki imtahanına hazırlıq proqramının son mərhələsi başlayıb.

30 dekabra qədər davam edəcək məşğələlər praktiki imtahana hazırlıq məqsədi daşıyır. Məşğələlərdə Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 50-dən çox məşqçi iştirak edir. 

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və BCF ilə qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində BCF-in Akademiyasında məşqçilər üçün təlimlər 7 martdan etibarən başlayıb. Ekspertlərin iştirakı təlim proqramının birinci mərhələsi 9 mayda, ikinci mərhələsi isə 18 iyulda baş tutub. Təlimin yekun imtahanı 2023-cü ilin fevral ayında keçiriləcək.

Azərbaycan Cüdo Federasiyası tərəfindən növbəti illərdə də məşqçilər üçün proqramın davam etdirilməsini planlaşdırılır.