Beynəlxalq texniki seminar davam edir
Avropa Cüdo Birliyinin (EJU) və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə beynəlxalq texniki seminar davam edir.
Sessiyalara Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkio rəhbərlik edirlər. Təlimçi heyətində yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandasının məşqçisi Kotaro Sasaki, həmçinin Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin ekspertləri Asiman Allahverdiyev, İsmayıl Rzayev və Natiq Qurbanlı yer alırlar.
Təlimlər iştirakçılara müasir cüdo yanaşmalarını dünya səviyyəli mütəxəssislərlə birlikdə öyrənmək imkanı yaradır.