Böyük Dəbilqə turnirinin ikinci günüdə Azərbaycan idmançılarından iki qızıl medal
Bakıda keçirilən Böyük Dəbilqə turnirində ikinci günün yarışları keçirilib. Bu gün cüdoçularımız iki qızıl medal qazanıb.
-73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov finalda kanadalı cüdoçu Artur Marqelidona qalib gələrək Böyük Dəbilqə turnirinin qızıl medalını qazanıb. Bu Bakıda keçirilən Böyük Dəbilqə turnirində Hidayətin qazandığı ikinci qələbəsidir.
-81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi finalda ?? Belçika təmsilçisi Matias Kasseyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cüdoçularımızı təbrik edirik!