ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

11-12 noyabrda qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçiriləcək. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 303 (262 kişi, 41 qadın) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi cari ilin 2-5 dekabrında keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçimidir. Eyni zamanda gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.