ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

"BRICS Sports Games Kazan 2024" cüdo yarışlarının ilk günündə idmançılarımız 3 bürünc medal qazandı

"BRICS Sports Games Kazan 2024" cüdo yarışlarının ilk günündə idmançılarımız 3 bürünc medal qazandı

21 iyunda Rusiya Federasiyası Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının cüdo yarışlarının ilk günü Azərbaycan cüdoçuları 3 bürünc medala sahib olub.

Qadınlar arasında

-70 kq. çəkidə
Südabə Ağayeva bürünc medal qazanıb.

-78 kq. çəkidə
Nərmin Əmirli və

+78 kq. çəkidə
Nigar Süleymanova yarışı 5-ci yerdə tamamlayıb.

Kişilər arasında

-60 kq. çəkidə
Hüseyn Allahyarov və

-66 kq. çəkidə
Rəşad Yelkiyev bürünc medal əldə edib.

-73 kq. çəkidə
Nəriman Mirzəyev 5-ci yerə çıxıb.

İdmançılarımızı təbrik edirik!