Bu gün 5 cüdoçumuz Qran Pri turnirində tatamiyə çıxacaq
Xorvatiyanın
paytaxtı Zaqreb şəhərində keçirilən Qran Pri turnirinin ilk günündə 4 çəki dərəcəsində
5 idmançımız medallar uğrunda yarışacaq.
Kişilərin mübarizəsində -60 kq. çəkidə Kəramət Hüseynov, -66 kq. çəkidə Orxan Səfərov və Yaşar Nəcəfov güclərini sınayacaq.
Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva və -52 kq. çəkidə Gültac Məmmədəliyeva mübarizəyə başlayacaq.
İdmançılarımıza uğurlar arzulayırıq!