Bu gün 6 cüdoçumuz Poreçdə mübarizəyə başlayacaq
24 iyun 2022-ci il tarixində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında 4 çəki dərəcəsində 6 idmançımız tatamiyə çıxacaq.
Yarışın ikinci günü qızlar arasında -52 kq. çəkidə Vüsalə Hacıyeva, -57 kq. çəkidə Fidan Əlizadə, oğlanlar arasında isə -66 kq. çəkidə Nicat Nağıyev və Əbil Yusubov, -73 kq. çəkidə Əli Hacızadə və Süleyman Əliyev medallar uğrunda mübarizə aparacaqlar.
İdmançılarımıza uğurlar arzu edirik!
Döyüşləri canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz!