Bu gün Avropa çempionatında 2 idmançımız yarışacaq
25 iyun 2022-ci il tarixində Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışlarının sonuncu günün görüşləri keçirilir.
Bu gün -81 kq. çəkidə Camal Bağışov və +90 kq. çəkidə Ramazan Əhmədov mübarizəyə qoşulacaqlar. İlk görüşündə Camalın rəqibi Monteneqro təmsilçisi Vidak Milyenovik, Ramazanın rəqibi isə latviyalı idmançı Yanis Strazinds olacaq. Döyüşləri canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz.
Qeyd edək ki, cüdoçularımız sabah komanda yarışında iştirak edəcəklər.
İdmançılarımıza uğurlar arzulayırıq!