Bu gün Elnur Məmmədlinin olimpiya çempionu olduğu gündür
2008-ci ilin bu günü, avqustun 11-də Elnur Məmmədli Pekin Olimpiadasında bütün rəqiblərinə aşkar üstünlüklə qalib gələrək qızıl medal qazanıb. İdmançı karyerasını başa vursa da, Elnur Məmmədli bu gün Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi cüdonun inkişafına xidmət göstərir.
Azərbaycan idman tarixinə şanlı tarix yazan Elnur Məmmədlini qələbəsinin 14-cü ildönümü münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq.