ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Bu gün Əməkdar məşqçi Tərlan Həsənovun yubileyidir!

Bu gün Əməkdar məşqçi Tərlan Həsənovun yubileyidir!

Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb. 

2019-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş Şüalı Gündoğar Ordeni, 3 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan cüdosunun inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Tərlan Həsənovun hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında,  çoxsaylı nüfuzlu beynəlxalq yarışlarda müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri hazırda Azərbaycanın demək olar ki, bütün regionlarında cüdo məşqçiliyi fəaliyyəti ilə məşğuldurlar.

Hazırda “Kanokan TT” Peşəkar Cüdo İdman Klubuna rəhbərlik edən Tərlan müəllim aktiv şəkildə məşqçi-müəllim fəaliyyəti ilə məşğul olmağa davam edir. 

Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ailəsi adından Tərlan Həsənovu təbrik edir, möhkəm cansağlığı, xoş günlər və yeni peşəkar nailiyyətlər arzu edirik!