Bu gün Fransanın Nanterre şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk gününə yekun vurulub
Bu gün Fransanın Nanterre şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk gününə yekun vurulub.
Nəticədə -60 kq çəkidə yarışan Turan Bayramov gümüş, Nurlan Kərimli isə bürünc medal qazanıb.
-66 kq. çəkidə yarışan idmançımız Qasım Vəlizadə təsəlliverici mərhələdə bürünc medala sahib olub.
-73 kq. çəkidə yarışan Vüsal Qələndərzadə finalda fransalı rəqibi Danil Zubko ilə qarşılaşıb. Nəticədə cüdoçumuz gümüş medalla kifayətlənib.
İdmançılarımızı təbrik edirik!