Bu gün Madriddə 5 cüdoçumuz medallar uğrunda tatamiyə çıxacaq
12 iyun 2022-ci il tarixində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin sonuncu günündə 5 cüdoçumuz 4 çəki dərəcəsində güclərini sınayacaqlar.
Kişilərin yarışında -81 kq. çəkidə Kərim Məmmədov və Elcan Şəfiyev, -90 kq. çəkidə Rüfət İsmayılov, +100 kq. çəkidə isə İmran Yusifov tatamiyə çıxacaq. Qadınların mübarizəsində isə -70 kq. çəkidə Südabə Ağayeva medallar uğrunda mübarizəyə başlayacaq.
İdmançılarımıza uğurlar arzulayırıq!